Gəncədə yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB
# 16 yanvar 2023 12:14 (UTC +04:00)

Gəncədə yük maşınının vurduğu piyada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ağır xəsarətlə xəstəxanaya yerləşdirilən 1980-ci il təvəlüdlü Mahir Yusubov orada keçinib.

Faktla bağlı araşdırma aparılır.

***

05.33

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "KamAZ" markalı yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1980-ci il təvəlüdlü Mahir Yusubovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR