Goranboyda 47 yaşlı Sevinc Məmmədovanın qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.
Məlumata görə, Sevinc Məmmədova hadisəni törədən Atəş Ələkbərovla uzun illər qeyri-rəsmi nikahda olub. Onların bir övladı da var. Qətl hadisəsi Atəş Ələkbərovun avtomobilində qeydə alınıb. O, üstündəki bıçaqla Sevinc Məmmədovanı öldürüb.
***
15.22
Yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Fuad Nazimoğlu
Sail Ağasəlim