Goranboyda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, odunla qızdırılan su qızdırıcısının partlaması nəticəsində ev sahibi, 1942-ci il təvəllüdlü Validə Mirzəyeva hadisə yerində ölüb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır