Goranboyda minik maşını aşıb, xəsarət alanlar var - FOTO

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var - FOTO
# 31 may 2023 18:13 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR