Göyçayda yanğın olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.
Kənd sakini Yəhyayev Həsən Fəxrəddin oğluna məxsus 85 kvadratmetr sahəsi olan yaşayış evinin bir hissəsi yanıb. Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb.
Hadisə barədə FHN də məlumat yayıb. Məlumata görə, Göyçay rayonunun Qarabaqqal kəndində ümumi sahəsi 85 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 2 m² sahədə, mətbəxinin döşəməsi 2 m² sahədə, 1 otağında yataq dəsti, tavan və döşəmə 11 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlham Əhmədov