Göygöldə TIR-la minik maşını toqquşub, xəsarət alan var - FOTO

Göygöldə TIR-la minik maşını toqquşub, xəsarət alan var - FOTO
# 14 noyabr 2022 18:58 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR "VAZ 2107" markalı minik maşını ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR