Hacıqabulda 81 yaşlı kişi vanna otağında yıxılaraq ölüb

Hacıqabulda 81 yaşlı kişi vanna otağında yıxılaraq ölüb
# 15 yanvar 2023 22:40 (UTC +04:00)

Hacıqabulun Meyniman kəndində yaşayan gürcü əsilli 81 yaşlı kişi vanna otağında yıxılaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1942-ci il təvəllüdlü Lomidze İlinişa Amuşayeviç hamamda ayağı sürüşərək yıxılıb.

Nəticədə kəllə-beyin travması alan həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR