Həbsdə olan şəxsin qəbiristanlıqda basdırdığı qumbara aşkarlanıb - FOTO

Həbsdə olan şəxsin qəbiristanlıqda basdırdığı qumbara aşkarlanıb - FOTO
# 27 mart 2023 14:09 (UTC +04:00)

Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb.

Penitensiar xidmətdən APA-ya verilən məlumata görə, Müalicə müəssisəsinin əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kənd qəbiristanlığında qohumlarının qəbirlərinin yaxınlığında olan ağacın yanında torpağa basdıraraq gizlətdiyi 1 ədəd partlayıcısı ilə birlikdə “RQD-5” əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR