Kürdəmirdə qəzada 2 nəfər ölüb - FOTO - VİDEO

Kürdəmirdə qəzada 2 nəfər ölüb - FOTO  - VİDEO
# 02 iyun 2022 00:26 (UTC +04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolununun Kürdəmir rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə "Mercedes"in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini, 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə yerində ölüb.

"KamAZ"ın sürücüsü, 53 yaşlı Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və mikroavtobusda olan sərnişin, 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR