Naxçıvanda daha 2 tələbə qız dəm qazından zəhərlənib

Naxçıvanda daha 2 tələbə qız dəm qazından zəhərlənib
# 16 yanvar 2023 09:36 (UTC +04:00)

Naxçıvan şəhərində kirayədə yaşayan daha 2 tələbə qız dəm qazından zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Kəngərli və Şərur rayon sakinləri 2002-ci il təvəllüdlü Nurgül Qasımova və 2000-ci il təvəllüdlü Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağla araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR