Naxçıvanda qəzada 2 nəfər xəsarət alıb

Naxçıvanda qəzada 2 nəfər xəsarət alıb
# 08 yanvar 2023 21:55 (UTC +04:00)

Culfa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Əlincə qalası yaxınlığında qeydə alınıb. Hafiz Sadiqovun idarə etdiyi avtomobil qəzaya uğrayıb. Nəticədə sürücü və sərnişin Gülnarə Əliyeva ağır xəsarət alıb. Onlar Naxçıvan Muxtar Republika Xəstəxanasına çatdırılıb və vəziyyətləri orta-ağırdı.

Faktla bağlı Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ceyhun Məmmədov

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR