Naxçıvanda su kəmərində qəza baş verib

Naxçıvanda su kəmərində qəza baş verib
# 14 yanvar 2023 23:31 (UTC +04:00)

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində magistral su xəttində qəza baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Nəticədə şəhərin Xətai və bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb. Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları qəza yerində təmir işlərinə başlayıblar. Hazırda işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR