Bakının Yasamal rayonunda piyada vurulması nəticəsində bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 24 yaşlı Aqaşov Cavid Emin oğlu yolu keçərkən onu maşın vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırılır.