Paytaxtda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Paytaxtda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 27 dekabr 2022 03:05 (UTC +04:00)

Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Ukrayna dairəsində qeydə alınıb.

Belə ki, "KİA" və "Toyota Prius" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "Toyota Prius"un sürücüsü yüngül xəsarət alıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR