Poçtdan pul və lotereya biletləri oğurlanıb

Poçtdan pul və lotereya biletləri oğurlanıb
# 31 oktyabr 2022 11:36 (UTC +04:00)

Bakıda poçtdan oğurluq edilib.

DİN-dən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR