Prokurorluğun bəraət almış şəxslə bağlı protesti təmin edilib

Prokurorluğun bəraət almış şəxslə bağlı protesti təmin edilib
# 20 iyul 2022 16:17 (UTC +04:00)

Prokurorluğun 16 yaşına çatmayan qızla cinsi münasibətdə olmaqda təqsirləndirilən şəxslə bağlı verdiyi protesti təmin edilib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət hökmü verilib

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib.

Gəncə Apellyasiya məhkəməsinin 20.07.2022-ci il tarixli hökmü ilə protest təmin edilmiş, sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və dərhal məhkəmə zalında həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR