Qazaxda 58 yaşlı kişi 6 aydır itkin düşüb - FOTO

Oruc Nəsibov

© APA | Oruc Nəsibov

# 01 noyabr 2022 10:13 (UTC +04:00)

Qazaxda itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibovun cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O. Nəsibovun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (055) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR