Şamaxıda qəzaya düşənlər 279 saylı məktəbin müəllim və şagirdləridir

Şamaxıda qəzaya düşənlər 279 saylı məktəbin müəllim və şagirdləridir
# 13 iyun 2022 01:08 (UTC +04:00)

“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib”.

APA xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidməti Bəşarət Məmmədov “Facebook” səhifəsində qeyd edib.

Bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alan yoxdur.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Allah şəfa versin!”,- deyə paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR