Şəkidə 7 otaqlı fərdi yaşayış evi yanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Baş Kəldək kəndində, kənd sakini Abduləziz Abdulqədir oğlu Süleymanova məxsus, ümumi sahəsi 280 kv/m olan ikimərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Yanğın barədə FHN də məlumat yayıb. Məlumatda bildirilib ki, Şəki şəhərinin Baş Kəldək kəndində ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin içərisindən hər birinin həcmi 50 litr olan 3 ədəd və həcmi 5 litr olan 1 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.