Şəkidə süni göldə qadın meyiti aşkarlanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün rayonun Baş Göynük kəndində süni göldə həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Aygül Sərdar qızı Əhmədovanın meyiti tapılıb. Qadının hansı səbəbdən suda boğulması məlum deyil.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.