Şəkidə tarixi abidədə körpə sümüklərinin qalıqları aşkarlanıb

Şəkidə tarixi abidədə körpə sümüklərinin qalıqları aşkarlanıb
# 05 noyabr 2022 10:39 (UTC +04:00)

Şəkidə tarixi abidədə körpələrə məxsus sümük qalıqları aşkarlanıb.

APA xəbər verir ki, qalıqlar “Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu” ərazisində yerləşən və hazırda “Şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi birmərtəbəli tikilidə tapılıb.

Dövlət Turizm Agentliyi tərəfindən tarixi binanın içindəki beton döşəmənin təmiri zamanı 0.8 sm – 1.2 metr dərinlikdə 100 ilə qədər müddətə aid 2-3 yenidoğulmuş və ya azyaşlıya məxsus sümük qalıqları aşkar edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR