Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü X.Musayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona yardım göstərilib. Xəstənın vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 40 yaşlı kişi həyat yoldaşına əsəbləşərək özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.