Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 04 oktyabr 2022 19:45 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı xəsarət alanlar olub.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR