Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.
İki minik maşınının toqquşması nəticəsində xəsarət alan 4 nəfərin adları aşağıdakı kimidir:
Günay Cəfərova (1986);
Aytac Orucova (2004);
Günel Cəfərova (2008);
Azər Zalov (2001).
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.