Siyəzən rayonunun Məşrif kəndində restoranın ərazisində ümumi sahəsi 55 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.
FHN-dən APA-ya verilən məlumata görə, restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
12.06
Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Mərdanov Əli Cumayil oğluna məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır.