Sumqayıtda ana və övladı dənizdə boğulub - FOTO - YENİLƏNİB

Sumqayıtda ana və övladı dənizdə boğulub  - FOTO   - YENİLƏNİB
# 17 iyul 2022 21:07 (UTC +04:00)

Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.

APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur.

***

19.53

Sumqayıtda ana və övladı dənizdə boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

Onların meyitləri sudan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR