İranın Şərqi Azərbaycan əyalətində mikroavtobus aşıb.
APA-nın Tehran bürosu xəbər verir ki, Təbrizdən Şəbüstər istiqamətinə hərəkət edən mikroavtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib. Digər 15 nəfərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib.