Təcridxanaya düyünün içində narkotik keçirməyə cəhd olunub

Təcridxanaya düyünün içində narkotik keçirməyə cəhd olunub
# 26 yanvar 2022 16:58 (UTC +04:00)

Penitensiar Xidmətin (PX) 3 saylı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

PX-dən APA-ya verilən məlumata görə, qurumun əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Seymur Quliyevə qardaşı - Xızı rayon sakini Orxan Quliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman içərisindəki düyüdə xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,007 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR