Tovuz rayonunun Ağacqala kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m², arakəsmə divarları və dam örtüyü taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.