Vətəndaşlardan qanunsuz saxlanılan 11 ov tüfəngi götürülüb

Vətəndaşlardan qanunsuz saxlanılan 11 ov tüfəngi götürülüb
# 10 yanvar 2023 11:42 (UTC +04:00)

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürülüb.

Bu barədə APA-ya DİN-dən bildirilib.

Qeyd edilib ki, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR