Xırdalanda nənə və nəvəni vurub qaçan sürücü tutulub

Xırdalanda nənə və nəvəni vurub qaçan sürücü tutulub
# 02 noyabr 2022 12:30 (UTC +04:00)

İki gün əvvəl Xırdalanda nənə və nəvəni vuran sürücü tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nağıyev saxlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR