Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb - FOTO - YENİLƏNİB

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb - FOTO  - YENİLƏNİB
# 20 mart 2023 22:15 (UTC +04:00)

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

***

Saat 17:30

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR