Şimal bölgəsində temperatur mənfi 20 dərəcəyədək enib - FOTO - VİDEO

Şimal bölgəsində temperatur mənfi 20 dərəcəyədək enib - FOTO  - VİDEO
# 21 yanvar 2022 09:32 (UTC +04:00)

Şimal bölgəsində mənfi 20 dərəcə temperatur qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Qrız kəndində qarın hündürlüyü 19 sm, havanın temperauru isə mənfi 20 dərəcə olub. Rayonun Xaltan kəndində qarın hündürlüyü 15 sm, havanın temperaturu isə mənfi 12,6 dərəcəyədək enib. Qubanın rayon mərkəzində də 20 sm qar, mənfi 5,6 dərəcə şaxta qeydə alınıb.
Xızının Altıağac qəsəbəsində 16 sm qar, havanın temperaturu mənfi 9,6, Qusarda 4 sm qar, temperatur mənfi 8,8, Şabranda isə 3 sm qar, havanın temperaturu mənfi 1,7 dərəcə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR