“Artilleriya atəşinin ustaları”nın iştirakçıları üçün tədbir təşkil olunub

“Artilleriya atəşinin ustaları”nın iştirakçıları üçün tədbir təşkil olunub
# 08 avqust 2022 18:09 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbirin təşkilatçıları qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnun olduqlarını bildirib, komandalara yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Konsert proqramı iştirakçı ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR