Bakıda “NATO günləri” keçirilir, Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycandadır

Bakıda “NATO günləri” keçirilir, Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycandadır
# 21 noyabr 2022 11:55 (UTC +04:00)

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.

Bu barədə APA-ya MN-dən məlumat verilib.

Məlumata görə, “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.


Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR