Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olub - FOTO

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olub - FOTO
# 09 sentyabr 2022 14:00 (UTC +04:00)

Beynəlxalq səyyahlar Cəbrayıl rayonu Mehdili kənd ərazisindəki minatəmizləmə işləri ilə tanış olublar.

APA xəbər verir ki, səyyahlara minatəmizləmə işlərinin gedişatı barədə ətraflı məlumat verilib.

ANAMA əməkdaşı bildirib ki, gün ərzində 10-50 kvadratmetr ərazi təmizlənir və hər 1 kvadratmetr ərazidə təxminən 3 mina aşkar edilir və hər dəfə ən azı 4-5 mina aşkar olunur: “Minaların aşkar olunması istiqamətində həm yerli, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir”.

Qeyd olunub ki, ermənilər işğal zamanında ərazilərin kütləvi şəkildə minalanmasını həyata keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR