Birinci zabit komando kursunun buraxılışı keçirilib - FOTO

Birinci zabit komando kursunun buraxılışı keçirilib - FOTO
# 30 sentyabr 2022 16:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, cari ilin hazırlıq planına uyğun olaraq “Birinci zabit komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR