Erməni diversiya qrupunun Kəlbəcər və Daşkəsəndə basdırdığı növbəti 230 mina aşkarlanıb - FOTO

Erməni diversiya qrupunun Kəlbəcər və Daşkəsəndə basdırdığı növbəti 230 mina aşkarlanıb - FOTO
# 05 oktyabr 2022 17:20 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

“Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR