Hərbi hissənin yaradılmasının ildönümü Laçında qeyd olunub - FOTO

Hərbi hissənin yaradılmasının ildönümü Laçında qeyd olunub - FOTO
# 03 oktyabr 2022 16:56 (UTC +04:00)

Oktyabrın 3-də “N” hərbi hissənin yaradılmasının 22-ci ildönümü münasibətilə Laçında tədbir keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR