“44 günlük vətən müharibəsində Ermənistan kasetli bombalardan istifadə edirdilər. BMT Təhlükəsizlik Şurasının üzvləri bizə “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunu qəbul etməyi tövsiyə edir”.
APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərov bildirib ki, heç olmasa BMT TŞ üzv ölkələr bir nümunə göstərsinlər və bu bombalardan istifadə edən Ermənistanı cəzalandırsınlar.