Türkiyəli məşhur aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.
APA NTV-yə istinadən xəbər verir ki, həkimlər onun səhhətində ciddi problem olmadığını qeyd edib.
Xatırladaq ki, dünən axşam tamaşa zamanı səhhətində problem yaranan aktyor xəstəxanaya aparılmışdı.