Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımalarının həcmi açıqlanıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımalarının həcmi açıqlanıb
# 14 noyabr 2022 12:41 (UTC +04:00)

2022-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37829,6 min ton, yük dövriyyəsi isə 9435,5 mln. ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4% və 31,5% artım müşahidə olunub.

APA-Economics” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, yüklərin 20376,1 min tonu və ya 53,9%-i avtomobil nəqliyyatı, 12435,7 min tonu və ya 32,9%-i dəmir yolu nəqliyyatı, 5017,8 min tonu və ya 13,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4%-ni və ya 10352,5 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR