Bakının iki rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının iki rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq
# 01 iyun 2023 18:44 (UTC +04:00)

02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, içməli suyun verilməsində olan məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR