Fizulidə 18 binanın tikintisinə başlanıb

Fizulidə 18 binanın tikintisinə başlanıb
# 17 mart 2023 11:05 (UTC +04:00)

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş Füzuli rayonunun inzibati idarəsində yerləşən 8,9 hektar torpaq sahəsində inşa ediləcək 38 yaşayış binasından və digər infrastruktur obyektlərindən ibarət Füzuli yaşayış kompleksində 18 yaşayış binasında tikinti quraşdırma işlərinə başlanıb.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən 7,87 hektar torpaq sahəsində inşa ediləcək 33 yaşayış binasından və digər infrastruktur obyektlərindən ibarət Cəbrayıl yaşayış kompleksində layihələndirmə və digər zəruri işlərin həyata keçirilməsinə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR