İlon Mask Bakıya gələ bilər - VİDEO

İlon Mask Bakıya gələ bilər - VİDEO
# 06 dekabr 2022 10:32 (UTC +04:00)

"Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Mask (Elon Musk) 2-6 oktyabr 2023-cü ildə ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilər.

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələr ilə görüş zamanı "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O bildirib ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Bu qonaqlar dünyanın kosmos gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir, eyni zamanda elm xadimləri və tələbələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR