Kür çayı sahillərinin intensiv yuyulan yerlərində bərkitmə işləri aparılıb

Kür çayı sahillərinin intensiv yuyulan yerlərində bərkitmə işləri aparılıb
# 21 sentyabr 2022 09:26 (UTC +04:00)

Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi təsdiq olunan plana uyğun olaraq bir-neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərini davam etdirir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifovun "APA-Economics"ə verdiyi m\lumata görə, İdarənin balansında ümumilikdə 1491 km uzunluğunda torpaq mühafizə bəndləri mövcuddur ki, bundan 936 km-i Kür çayı, 134 km-i Araz çayı, 421 km-i isə dağ çayları boyuncadır.

İdarə tərəfindən Kür çayının sahillərinin intensiv yuyulan yerlərində qaya uçmalarının qarşısını almaq məqsədilə 2012-2021-ci illər ərzində 14320 m uzunluğunda, 366178 kub metr həcmində daş betonla sahilbərkitmə işləri aparılıb. 2022-ci ilin əvvəlindən bu günə kimi isə maşın və mexanizmlərin köməyi ilə cari təmir hesabına 2748 min kub metr həcmində torpaq işləri yerinə yetirilib. Çaylarda yarana biləcək sel təhlükəsinin qarşısını almaq və qabaqlayıcı tədbirlər görmək məqsədilə hazırda Göyçay çayında mühafizə bəndlərinin təmiri və məcratəmizləmə işləri həyata keçirilir. Bu işlərin görülməsi üçün Göyçay çayına idarənin xeyli sayda texnikası cəlb olunub.

Göyçay çayında ilin əvvəlindən etibarən zəif sayılan yerlər nəzarətə götürülüb, hissə-hissə olmaqla 4 km-dən çox məsafədə həm məcratəmizləmə həm də bəndbərkitmə işləri həyata keçirilib. Artıq istər Göyçay çayda, istərsədə digər çaylarda mühafizə tədbirləri il boyu davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR