AccessBank 2022-ci il üzrə audit hesabatını açıqlayıb

AccessBank 2022-ci il üzrə audit hesabatını açıqlayıb
# 31 may 2023 13:32 (UTC +04:00)

AccessBank PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və Beynəlxalq Maliyyə Hesabat Standartlarına (MHBS) cavab verən 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

APA-Economics” xəbər verir ki, 2022-ci ilin sonunda bankın xalis mənfəəti 20.5 milyon manat təşkil edib.

Hesabata əsasən, 31 dekabr 2022-ci il tarixinə bankın aktivləri 1127.6 milyon manat təşkil edib ki, onun da mühüm hissəsi kredit portfelində cəmləşib – 70.1%.

Bankın kredit portfeli 32.3% artaraq 790.8 milyon manata çatıb. 2021-ci illə müqayisədə kredit portfelinin artması hesabına xalis faiz gəlirləri də 26.0 milyon manat və ya 46.1% artıb.

Ümumi depozit portfeli 24.9% artaraq 883.6 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR