Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 7%-dək artıb

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 7%-dək artıb
# 13 sentyabr 2022 12:15 (UTC +04:00)

2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9 117 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 faiz artıb. İstifadə olunmuş vəsaitin 5306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3 292 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6843,3 milyon manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6642,6 milyon manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,0 faiz, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faiz təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR