Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-ə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-ə yaxın artıb
# 09 avqust 2022 13:47 (UTC +04:00)

2022-ci ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.370.252 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

"APA-Economics" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,7 faiz (ümumi artımın 84,3 faizi), hüquqi şəxslərin sayı 8,9 faiz (ümumi artımın 15,7 faizi) artıb.

Məlumata görə, yanvar-iyul ayları ərzində vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,4 faiz olmaqla 0,2 faiz artıb. Kommersiya qurumlarının sayı 154.379 vahid təşkil edib və 9,7 faiz artıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR