"AzerGold" indiyədək qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 mln. manat cəlb edib

Zakir İbrahimov

© APA | Zakir İbrahimov

# 22 dekabr 2021 16:32 (UTC +04:00)

Bu günə qədər 60 min unsiyaya yaxın qızılın, 133 min unsiyaya yaxın gümüşün satışından 187 mln. manatdan çox (176 mln. manat ixrac + 7,4 mln. manat pərakəndə satış + 3,7 mln. manat xammal) vəsait cəlb edilib.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, yekun rəqəmlər gələn ilin əvvəlində açıqlanacaq.

"Ümumilikdə, Cəmiyyət fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün satışına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 mln. manat cəlb edilib", - deyə Z. İbrahimov qeyd edib.

ASC-nin fəaliyyət dövrünün geoloji kəşfiyyat göstəricilərinə toxunan Z. İbrahimov əlavə edib ki, hasilat həcminin artırılması və ixracın genişləndirməsi ilə yanaşı resursların artırılması istiqamətində də fasiləsiz olaraq işlər aparılıb.

"Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruq qazma işləri icra edilib. İstismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilən beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq (179 min unsiyadan 4,447 mln. unsiyaya qədər) ümumilikdə 24 dəfə artırılıb", - deyə Z. İbrahimov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR